Əsas məzmuna keç

Konstitusiya Məhkəməsi Cinayət Məcəlləsi ilə bağlı qərar verdi

Konstitusiya Məhkəməsi Cinayət Məcəlləsi ilə bağlı qərar verdi

Fərhad Abdullayevin rəhbərliyi ilə hərbi xidmət və Cinayət Məcəlləsinə dair mühüm qərar verildi. Milli Məclisə qanunvericiliyi təkmilləşdirmək tövsiyə olundu.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, məhkəmə iclasında Prokurorluğunun sorğusu əsasında Konstitusiyanın 76-cı maddəsinin I hissəsi baxımından Cinayət Məcəlləsinin 321-ci maddəsinin "Qeyd" hissəsinin həmin Məcəllənin 321.1-ci maddəsi, İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi və 606-cı maddəsinin "Qeyd" hissəsinin 2-ci bəndi, habelə "Hərbi vəzifə və hərbi haqqında" Qanunun 45-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim X.Vəliyevin məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Prokurorluğunun sorğusunu və Aparatının mülahizəsini, Ali Məhkəmə, Daxili İşlər Nazirliyi, Bakı Apellyasiya Məhkəməsi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi və Vəkillər Kollegiyası tərəfindən təqdim olunmuş mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin hüququ və kriminologiya kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Ş.Səmədovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Konstitusiyanın 76-cı maddəsinin I hissəsi və 80-ci maddəsinin hüquqi təyinatından, o cümlədən hüquqi müəyyənlik və qanunçuluq prinsiplərindən, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqelərdən irəli gələrək Cinayət Məcəlləsinin 321-ci maddəsinin cinayət tərkibinin aydın və birmənalı şəkildə müəyyənləşdirilməsi istiqamətində təkmilləşdirilməsi Milli Məclisə tövsiyə edilsin.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…