Əsas məzmuna keç

Əli Əsədov yeni qərar imzaladı

Əli Əsədov yeni qərar imzaladı

Nazirlər Kabinetinin sədri tərəfindən təsdiqlənən sənəd ölkədəki sosial-iqtisadi sahədə ciddi dəyişikliklərə səbəb olacaq. Yeni qaydaların təfərrüatı ilə tanış olun.

ru en

" bazarda sahələrin təmərküzləşmə səviyyəsinin edilməsi Qaydası"nı və "Rəqabət orqanı tərəfindən təmərküzləşmələrin qiymətləndirilməsi Qaydası"nı təsdiq edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı yeni qərar imzalayıb.

Qərara əsasən, hər iki qayda Rəqabət Məcəlləsinə uyğun olaraq hazırlanıb. "Müvafiq bazarda sahələrin təmərküzləşmə səviyyəsinin müəyyən edilməsi Qaydası"nda istifadə olunan anlayışlar Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş mənaları ifadə edir.

"Rəqabət orqanı tərəfindən təmərküzləşmələrin qiymətləndirilməsi Qaydası" da Rəqabət Məcəlləsinə uyğun olaraq hazırlanıb, bazar subyektləri tərəfindən təmərküzləşmələr haqqında rəqabət orqanına təqdim edilmiş ərizələrə baxılması, habelə rəqabət orqanına məlumat vermədən baş tutmuş və razılıq alınması tələb olunan təmərküzləşmələrin rəqabət orqanının öz təşəbbüsü ilə araşdırılması və təmərküzləşmələrə nəzarət tədbirləri zamanı tətbiq edilir. Qaydaya uyğun olaraq təmərküzləşmələrin qiymətləndirilməsi zamanı iqtisadi nəzəriyyə, empirik və iqtisadi statistika əsaslı təhlillər aparılır, habelə müvafiq bazarla şaquli və üfüqi əlaqəli olan qonşu bazarlarda rəqabət vəziyyəti nəzərə alınır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…