Əsas məzmuna keç

Alen Simonyan Sahibə Qafarova ilə görüşəcək: Rəsmi anons

Alen Simonyan Sahibə Qafarova ilə görüşəcək: Rəsmi anons

İstanbulda Ermənistan spikeri ilə mühüm danışıqlar olacaq. Parlamentlərarası İttifaqın toplantısında Şalva Papuaşvili ilə də təmaslar gözlənilir. Aprel görüşünün detalları və heyəti.

en ru

parlamentinin Alen azərbaycanlı həmkarı ilə İstanbulda baş tutacaq görüşünü anons edib.

“Operativ Məlumat Mərkəzi-OMM” Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə parlamentin sədri jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, görüş aprelin 15-dən 19-dək keçiriləcək Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində baş tutacaq. "Bir neçə gündən sonra İstanbula yola düşəcəyəm. (Sahibə Qafarova - red.) və Gürcüstan (Şalva Papuaşvili - red.) parlamentlərinin rəhbərləri ilə görüş planlaşdırılıb", - deyə Alen Simonyan qeyd edib.

Daha əvvəl məlumat verilmişdi ki, Ermənistan nümayəndə heyətinin tərkibinə həmçinin deputatlar Sarkis Xandanyan, Tsovinar Vardanyan və Asmik Akopyan daxil olacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…