İranda baş verən genişmiqyaslı etirazlar Avropa Birliyi ölkələri əhalisinin diqqətini ABŞ-nin Qrenlandiyaya iddialarından yayındırmaq üçün “xilasedici bəhanə” rolunu oynayır.
“Operativ Məlumat Mərkəzi-OMM” Sputnik Radiosuna istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Aİ rəsmiləri İrandakı vəziyyətdən istifadə edərək ictimai diqqəti Qrenlandiya məsələsindən yayındırmağa çalışırlar.
Zaxarova qeyd edib ki, hazırda Qrenlandiya məsələsi Avropa Birliyi rəhbərliyi üçün əsas gündəm mövzularından biri olmalıdır, lakin bu istiqamətdə ciddi müzakirələr aparılmır.
Diplomat eyni zamanda vurğulayıb ki, Avropa Birliyi İran rejiminin etirazçıların təzyiqi altında tezliklə çökəcəyini gözləmir. Bununla belə, onun sözlərinə görə, Aİ yerli vətəndaş cəmiyyətini dəstəkləməklə bu istiqamətdə fəaliyyətini davam etdirir.