Əsas məzmuna keç

Aİ ölkələri Ukraynaya 124 milyard avro xərcləyiblər

Aİ ölkələri Ukraynaya 124 milyard avro xərcləyiblər

Avropa İttifaqı (Aİ) və onun üzvü olan ölkələr Ukraynanı dəstəkləmək üçün artıq 124 milyard avro xərcləyiblər. Bunu Avropa Parlamentinin Strasburqda...

Avropa İttifaqı (Aİ) və onun üzvü olan ölkələr Ukraynanı dəstəkləmək üçün artıq 124 milyard xərcləyiblər.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bunu Avropa Parlamentinin Strasburqda keçirilən sessiyasında Avropa komissarı Didye Reynders deyib.

O bildirib ki, bu rəqəm kifayət deyil və avropalılar Kiyevə yardımı artırmalıdır.

Didye Reynders, həmçinin daha əvvəl açıqlanan rəqəmləri sadalayıb.

O deyib ki, Aİ Kiyevə 1 milyon mərmi tədarük etmək vədini səkkiz ay gec də olsa yerinə yetirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…