Əsas məzmuna keç

Aİ-nin ehtimal edilən 28-ci üzvü məlum olub

Aİ-nin ehtimal edilən 28-ci üzvü məlum olub

İslandiyanın xarici işlər naziri ölkəsinin yaxın bir il yarım ərzində Avropa İttifaqına daxil ola biləcəyini açıqlayıb.

en ru

İslandiya xalqı referendumda üzvlüklə bağlı danışıqların bərpasına səs verərsə, ölkə 18 ay ərzində Avropa İttifaqına (Aİ) daxil olmağa hazırdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin naziri Torgerdur Katrin Qunnarsdottir "Politico" nəşrinə verdiyi müsahibədə bildirib.

Nazirin sözlərinə görə, avqustun 29-da keçirilməsi planlaşdırılan referendumda müsbət qərar verilərsə, bloka qoşulma prosesi olduqca sürətlə tamamlanacaq.

Qunnarsdottir qeyd edib ki, İslandiya hazırda namizəd ölkələr arasında ən irəlidə olan Monteneqronu belə qabaqlayaraq ittifaqın 28-ci üzvü olmaq şansına malikdir.

"Avqust referendumunu keçirməklə biz hakimiyyəti xalqa ötürürük. Hesab edirəm ki, danışıqları iki il sonra deyil, məhz indi aparmaq həm İslandiya, həm də Avropa İttifaqı üçün faydalı olardı", - deyə nazir vurğulayıb.

Xatırladaq ki, bir müddət əvvəl rəsmi Brüsselin Ukraynanın ittifaqa daxil olması ilə bağlı danışıqları 2027-ci ilin sonuna qədər yekunlaşdırmaq niyyətində olduğu bildirilmişdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…