Avropa İttifaqı (Aİ) üzv ölkələrin birgə təbii qaz alışı üçün yaradılmış platforma çərçivəsində ikinci tender prosesinə başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, Aİ Komissiyası elan edib ki, etibarlı beynəlxalq təchizatçılar Aİ-nin ikinci birgə təbii qaz satınalma tenderi çərçivəsində təkliflər təqdim etməyə dəvət olunur.
Açıqlamada bildirilib ki, tender 2023-cü ilin avqustundan 2025-ci ilin martına qədər olan dövrü əhatə edir və 49 şirkətin tələb etdiyi 15,9 milyard kubmetr təbii qazın çatdırılmasını əhatə edir.
İyulun 10-na qədər davam edəcək tenderdəki ümumi tələbin təxminən yarısının mayeləşdirilmiş təbii qazın (LNG) alınmasıdır.
Açıqlamada xatırladılıb ki, Aİ-nin ilk birgə qaz alqı-satqısı tenderi 11,6 milyard kubmetr qaz tədarükü müqaviləsi ilə nəticələnib.