Operativ Məlumat Mərkəzi

Aİ 2027-ci ilə qədər Livana 1 milyard avro ayırıb

1 dəq
Paylaş:
Aİ 2027-ci ilə qədər Livana 1 milyard avro ayırıb
o, bu barədə Livanda keçirdiyi mətbuat konfransında məlumat verib. "Dəstəyimizi vurğulamaq üçün mən bu ildən 2027-ci ilə qədər Livana 1 milyard avro...

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa İttifaqının islahatlar və miqrasiya ilə mübarizə səyləri müqabilində 2027-ci ilə qədər Livana 1 milyard avro yardım ayırdığını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə Livanda keçirdiyi mətbuat konfransında məlumat verib.

"Dəstəyimizi vurğulamaq üçün mən bu ildən 2027-ci ilə qədər Livana 1 milyard avro yardım elan edirəm".

Fon der Lyayen izah edib ki, bu proqram təhsil, bank sektoru, silahlı qüvvələr və təhlükəsizlik qüvvələri sahəsində islahatlar, ən əsası isə immiqrasiya ilə mübarizə üçün nəzərdə tutulub.

Sədr həmçinin Livanın suriyalı qaçqınların qəbulunda rolunu alqışlayıb və onların vətənə qayıtmaları üçün proqramları dəstəkləyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər