Ağdərədə ermənilərə məxsus dayaq məntəqəsi aşkarlanıb

Ağdərədə ermənilərə məxsus dayaq məntəqəsi aşkarlanıb
26.03.2024 14:26
Aa
dəq

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror əməliyyatından sonra Qarabağ iqtisadi rayonunda əraziyə baxış zamanı Ermənistan silahlı qüvvələrinə məxsus növbəti tərk edilmiş dayaq məntəqəsi aşkar edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ağdərə rayonu ərazisində meşəlik zonada yerləşən dayaq məntəqəsindən 1 ədəd T-72B tankı, 4 ədəd D-20 artilleriya qurğusu, artilleriya mərmisi ilə dolu 3 ədəd "Ural" və 1 ədəd “Kamaz” markalı hərbi avtomobil və xüsusi texnikalar təhlükəsizlik qaydalarına riayət olunmaqla ərazidən təxliyə edilib.

Aşkar edilmiş dayaq məntəqəsində mövcud olan atəş vasitələrinin 10 noyabr 2020-ci ildən sonra yaranmış təmas xəttindən dərində yerləşən Suqovuşan və ətrafdakı digər yaşayış məntəqələri istiqamətində tuşlanaraq yerləşdirilməsi onların Azərbaycana qarşı hərbi təxribatlarda tətbiq edilməsini əyani sübut edir.

Antiterror əməliyyatından sonra Qarabağ ərazisində hələ də tapılmaqda olan silah-surat və ağır hərbi texnikanın sayı onu göstərir ki, həmin ərazilər miqyasına görə nəinki regionun, hətta dünyanın ən hərbiləşdirilmiş zonalarından birinə çevrilmişdir.
10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan sonra öz qoşunlarını Azərbaycan ərazisindən tam şəkildə çıxarmaq əvəzinə Ermənistan tərəfi xüsusilə 2020-ci ildən sonra istehsal edilmiş silah-sursatı, o cümlədən minaları qanunsuz yollarla Qarabağ iqtisadi rayonuna daşıyıb, 480 kilometrədək təmas xətti boyunca yeni minalanmış ərazilər, 500-dən artıq döyüş mövqeyi və möhkəmləndirilmiş uzunmüddətli atəş nöqtəsi, müxtəlif tipli artilleriya qurğuları üçün 350-dən artıq atəş mövqeyi, kəşfiyyat-müşahidə vasitələri quraşdırıb, həmçinin hücum əməliyyatlarını yerinə yetirə bilən hərbi qüvvələr cəmləşdirib.

Həftənin ən çox oxunanları

Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Gənc əsgərlərin andiçmə mərasimi keçirilib
DAVAMIN OXU davamın oxu

Azərbaycan xüsusi təyinatlıları Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər

Azərbaycan xüsusi təyinatlıları Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər
DAVAMIN OXU davamın oxu

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub
DAVAMIN OXU davamın oxu

"Ehtiyatda olan hərbçilərin təlim toplanışları mütəmadi keçirilməlidir"

DAVAMIN OXU davamın oxu

Müdafiə nazirinin müavinləri hərbi vəzifəlilərlə görüşüblər, tapşırıqlar verilib

Müdafiə nazirinin müavinləri hərbi vəzifəlilərlə görüşüblər, tapşırıqlar verilib
DAVAMIN OXU davamın oxu