Ağdamda mina partlayışı olub, ANAMA əməkdaşının ayağı amputasiya edilib - YENİLƏNİB

Ağdamda mina partlayışı olub, ANAMA əməkdaşının ayağı amputasiya edilib - YENİLƏNİB
28.05.2024 12:51
Aa
dəq

Ağdamda ANAMA əməkdaşının minaya düşərək xəsarət alması faktı ilə bağlı araşdırma aparılır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Baş prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, mayın 28-də Ağdam rayonunun işğaldan azad edilmiş Sırxavənd kəndi ərazisində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1997-ci il təvəllüdlü Yusubov Hasil Eldar oğlunun xidməti vəzifəsini yerinə yetirən zaman mina partlaması nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər icra olunub.

Hazırda Hasil Yusubovun vəziyyəti stabil olmaqla müalicəsi xəstəxanada davam etdirilir.

***

İşğaldan azad edilmiş Ağdam rayonunun Sırxavənd kəndi ərazisində mina hadisəsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) və Minatəmizləmə Agentliyinin (ANAMA) məlumat yayıb.

Bildirilib ki, ANAMA-nın əməkdaşı - 1997-ci il təvəllüdlü Yusubov Hasil Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində onun sol ayağı topuq nahiyəsindən amputasiya olunub.

"Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir", - məlumatda qeyd edilib.

Həftənin ən çox oxunanları

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
DAVAMIN OXU davamın oxu

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Şəmkirdə qanunsuz tikililər sökülüb

Şəmkirdə qanunsuz tikililər sökülüb
DAVAMIN OXU davamın oxu

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Göygöldə ikimərtəbəli evdə yanğın olub

Göygöldə ikimərtəbəli evdə yanğın olub
DAVAMIN OXU davamın oxu