Əsas məzmuna keç

Ağdamda azad edilmiş ərazidə sümük qalıqları tapılıb, araşdırma aparılır

Ağdamda azad edilmiş ərazidə sümük qalıqları tapılıb, araşdırma aparılır

İyunun 12-də rayonu, Maqsudlu kəndi ərazisində insana məxsus olması ehtimal edilən fraqmentlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-in sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, dərhal prokurorluq əməkdaşları tərəfindən kriminalist və ekspertin iştirakı ilə hadisə yerinə keçirilmiş, baxış zamanı aşkar olunmuş sümük qalıqları ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Ağdamın işğaldan azad edilmiş Maqsudlu kəndində qazıntı işləri aparılarkən insan skeletinə bənzər sümük fraqmentləri aşkarlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbərə görə, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Fakt üzrə tədbirlər həyata keçirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…