Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

2 dəq
Paylaş:
Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Dövlət Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən tədbirləri zamanı Bakı və şəhərləri, Zaqatala, Qax və Qəbələ rayonlarında ağacların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Xidmətdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, araşdırma zamanı Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi, 22 ünvanında, Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsi 1176-cı məhəllədə, Yasamal rayonu Həsən Bəy Zərdabi küçəsi, 3166-cı məhəllədə, Nəsimi rayonu Səməd Vurğun küçəsi ilə Vaqif prospektinin kəsişməsində, Xəzər rayonunun Şağan qəsəbəsində, Gəncə şəhəri Mübariz İbrahimov küçəsində, Zaqatala rayonunun qəsəbəsində, Qax rayonunun Əlibəyli kəndində, Qəbələ rayonunun Tüntül kəndi və Nic qəsəbəsində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 149 min 520 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax