Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Afrika İttifaqı ABŞ-İran sülh razılaşmasını dəstəkləyib

3 dəq
Paylaş:
Afrika İttifaqı ABŞ-İran sülh razılaşmasını dəstəkləyib

İttifaqı (AU) ABŞ və İran arasında imzalanan sülh müqaviləsini alqışlayıb və bunu Yaxın Şərqdə hərbi əməliyyatlara son qoymaq, gərginliyi azaltmaq və davamlı sülhün təmin olunması istiqamətində mühüm addım kimi qiymətləndirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Afrika İttifaqı Komissiyasının sədri Əli Yusifin yaydığı bəyanatda bildirilib.

qeyd edib ki, əldə olunan razılaşma münaqişələrin həllində dialoq və diplomatiyanın nə qədər təsirli vasitə olduğunu bir daha nümayiş etdirir.

Onun sözlərinə görə, razılaşma dövlətlər arasında etimadın möhkəmlənməsinə, regional sabitliyin güclənməsinə və əməkdaşlığın genişlənməsinə töhfə verə bilər.

“Ümid edirik ki, əldə olunan razılaşmalar davamlı sülhə, regional sabitliyə və daha geniş beynəlxalq əməkdaşlığa yol açacaq”, - deyə AU Komissiyasının sədri vurğulayıb.

Məhəmməd Əli Yusif həmçinin Afrika İttifaqının mübahisələrin dialoq və diplomatiya yolu ilə həllinə sadiq qaldığını bildirib.

O qeyd edib ki, təşkilat dövlətlər arasında sülhün, əməkdaşlığın və qarşılıqlı hörmətin möhkəmləndirilməsinə yönəlmiş bütün təşəbbüsləri dəstəkləməyə hazırdır.

Qeyd edək ki, ABŞ və İran arasında əldə olunan razılaşmanın Yaxın Şərqdə uzun müddətdir davam edən gərginliyin azaldılmasına xidmət edəcəyi gözlənilir. Məlumata görə, razılaşma çərçivəsində 60 atəşkəs dövründə tərəflər İranın nüvə proqramı da daxil olmaqla bir sıra mühüm məsələləri müzakirə edəcəklər.

Ekspertlər hesab edirlər ki, razılaşma enerji bazarlarında sabitliyə də müsbət təsir göstərə bilər. Belə ki, regiondakı münaqişə son aylarda yanacaq və daşınma xərclərinin artmasına, həmçinin bir sıra Afrika ölkələrində inflyasiya təzyiqlərinin güclənməsinə səbəb olmuşdu.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax