Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Afrika liderləri Ebola ilə mübarizə üçün 518 milyon dollarlıq planı təsdiqləyib

2 dəq
Paylaş:
Afrika liderləri Ebola ilə mübarizə üçün 518 milyon dollarlıq planı təsdiqləyib

Afrika qitəsinin liderləri Şərqi Afrikada sürətlə Ebola epidemiyasına qarşı mübarizəni gücləndirmək üçün 518 milyon təcili reaksiya planını dəstəkləyiblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, virtual formatda keçirilən yüksək səviyyəli sammitdə virusun artıq 800 yoluxma halına və 200 yeni ölümə səbəb olduğu vurğulanıb.

İclasın əsas məqsədi koordinasiyanı yaxşılaşdırmaq və səhiyyə sistemlərinin hazırlıq səviyyəsini yüksəltmək olub.

Cənubi Afrika Respublikasının Prezidenti çıxışı zamanı gecikmiş addımların lokal xarakterli bir xəstəliyi qlobal böhrana çevirə biləcəyi barədə xəbərdarlıq edib.

O, mübarizənin virusun ötürülmə zəncirinin qırılmasına və xəstəliyin mənbəyində məhv edilməsinə yönəlməli olduğunu bildirib.

Bu çərçivədə, Cənubi Afrikanın epidemiyaya qarşı ayırdığı maliyyə dəstəyi 5 milyon dollardan 13,5 milyon dollara çatdırılıb.

“Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri”nin () baş direktoru Jan Kaseya isə vəziyyətin ciddiliyini vurğulayaraq, Qərbi Afrika və Konqo Demokratik Respublikasında əvvəllər yaşanan faciəvi ssenarilərin təkrarlanmaması üçün epidemiyanın ən qısa zamanda nəzarət altına alınmasının vacibliyini qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax