Əsas məzmuna keç

ABŞ Hörmüz boğazında gəmilər üçün ödənişli keçid planını müzakirə edir

ABŞ Hörmüz boğazında gəmilər üçün ödənişli keçid planını müzakirə edir

Vaşinqton Hörmüz boğazında təhlükəsizliyi təmin etmək və gəmiçilik axınını bərpa etmək üçün yeni təşəbbüslər üzərində işləyir.

en ru

rəsmiləri boğazından keçən gəmilər üçün yeni təhlükəsizlik və ödəniş mexanizmlərini nəzərdən keçirir.

"Operativ Məlumat Mərkəzi-OMM" "Politico" nəşrinə istinadən xəbər verir ki, Ağ Ev sahiblərini yenidən bu marşrutdan istifadəyə təşviq etmək məqsədilə müxtəlif variantlar üzərində işləyir.

Müzakirə olunan əsas planlardan biri gəmilərə əlavə ödəniş müqabilində sürətli və təhlükəsiz keçid hüququnun verilməsidir.

Bu təşəbbüs çərçivəsində, ticarət gəmilərinin boğazdan keçərkən ABŞ hərbi gəmiləri tərəfindən müşayiət olunması variantı da gündəmdədir.

Belə bir addımın atılması, bölgədəki gərginlik fonunda şirkətlərinin etimadını bərpa etmək və logistik axını sabitləşdirmək məqsədi daşıyır.

ABŞ və İran arasında davam edən diplomatik danışıqlar prosesində bu məsələnin xüsusi yer tutduğu bildirilir.

Xatırladaq ki, ABŞ kəşfiyyatı daha əvvəl İranın Hörmüz boğazını istənilən an bağlamaq imkanına malik olduğunu bəyan etmişdi. Məhz bu təhlükə fonunda Vaşinqtonun boğazda hərbi iştirakını və nəzarətini gücləndirməyə çalışdığı qeyd olunur.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…