Əsas məzmuna keç

AFFA-nın İntizam Komitəsi üç klubu cəzalandırıb

AFFA-nın İntizam Komitəsi üç klubu cəzalandırıb

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. İclasda Azərbaycan Premyer Liqasının XXVI turunun matçlarında qeydə alınan qayda pozuntularına...

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, iclasda Premyer Liqasının XXVI turunun matçlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Kəpəz” azarkeşləri “Neftçi” ilə oyunda matçın rəsmi şəxslərinin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiklərinə görə Gəncə təmsilçisi 1000 manat cərimə edilib.

“Araz-Naxçıvan”la görüşdə 6 futbolçu sarı vərəqə aldığına görə “Turan Tovuz” 700 manat cərimələnib. Beş futbolçusu sarı vərəqə alan “Araz-Naxçıvan” isə 700 manat xərcə düşüb.

təmsilçisinin futbolçusu Vüsal Şabanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. Bu, bölgə klubunu 3000 manat ziyana salıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…