Dubayın iki beynəlxalq hava limanının dövlət operatoru olan "Dubai Airports" şirkəti fəaliyyətin qismən bərpa olunduğunu rəsmən təsdiqləyib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, şirkətin bəyanatına əsasən, bir sıra reyslər artıq Dubay Beynəlxalq Hava Limanı (DXB) və Əl-Maktum - "Dubai World Central" (DWC) üzərindən həyata keçiriləcək.
Sərnişinlərə vacib xəbərdarlıq edilib: "Səyahət edənlərə aviaşirkətləri tərəfindən uçuşun bron edilməsi təsdiqlənmədiyi təqdirdə DXB və ya DWC hava limanlarına getməkdən çəkinmələri şiddətlə tövsiyə olunur, çünki cədvəl daim dəyişir".
Həmçinin vurğulanıb ki, "Dubai Airports" müvafiq qurumlarla koordinasiyalı şəkildə vəziyyəti diqqətlə izləməyə davam edir. Qeyd edək ki, hazırda Dubayda iki beynəlxalq hava limanı fəaliyyət göstərir.
***
Dubay Beynəlxalq Hava Limanı təhlükəsizlik mülahizələrinə görə təyyarələrin qəbulunu və yol salınmasını dayandırıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Dubai Media Office" "X" sosial şəbəkəsində məlumat yayıb.
"Sərnişinlərin, hava limanı personalının və aviaşirkət heyətlərinin təhlükəsizliyini təmin etmək məqsədilə Dubay Beynəlxalq Hava Limanının fəaliyyəti müvəqqəti dayandırılıb. Bütün prosedurlar müəyyən edilmiş təhlükəsizlik protokollarına uyğun olaraq həyata keçirilir", - bəyanatda bildirilib.
Hava limanının fəaliyyətinin bərpa olunma vaxtı hələlik dəqiqləşdirilməyib.