Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Aeroport yolu bağlanır: DYP-dən müraciət

2 dəq
Paylaş:
Aeroport yolu bağlanır: DYP-dən müraciət

Bakı Şəhər Dövlət İdarəsi, sabahdan etibarən yolunun bir hissəsində tətbiq ediləcək hərəkət məhdudiyyətləri ilə bağlı sürücülərə təkrar müraciət ünvanlayıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə idarədən rəsmi məlumat verilib.

Qeyd olunub ki, fevralın 14-ü və 15-də paytaxtdakı "Buta Palace" yaxınlığında elektron məlumat-sürət tabloları yeniləri ilə əvəz olunacaq. Həyata keçiriləcək texniki işlərlə əlaqədar sözügedən yolda vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilərək istiqamətlər dəyişdiriləcək.

Məhdudiyyət qrafiki aşağıdakı kimidir: Fevralın 14-ü saat 00:00-dan 07:00-dək körpüsündən "Koroğlu" metrostansiyası istiqamətində yol bağlanacaq. Fevralın 15-i qeyd edilən saatlarda isə "Koroğlu" metrostansiyasından (Suraxanı dairəsi üzərindəki yol ötürücüsündən) Hava limanı istiqamətində hərəkət məhdudlaşdırılacaq.

DYP əməkdaşları Mərdəkan şosesindən gələn sürücüləri Zığ şosesinə, şəhər istiqamətindən gələnləri isə Suraxanı rayonu, Xanlar Ələkbərov14 İyul küçəsinə istiqamətləndirəcək.

Alternativ olaraq, sürücülər şəhərdən Hava limanı istiqamətinə getmək üçün 8 Noyabr prospektindən Zığ yoluna keçməklə də hərəkətlərini davam etdirə biləcəklər.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax