Əsas məzmuna keç

Aeroport yolunda hərəkət məhdudlaşdırılır

Aeroport yolunda hərəkət məhdudlaşdırılır

Suraxanıda, Buta Palace yaxınlığında fevralın 14-15-də nəqliyyatın hərəkəti dəyişir. NİİM-dən Zığ şosesi və alternativ yollarla bağlı mühüm xəbərdarlıq var.

en ru

Bakının Suraxanı rayonunda, xüsusilə şosesində ("Buta Palace" yaxınlığı) hərəkətə məhdudiyyət tətbiq olunacaq. Fevralın 14-15-də elektron məlumat-sürət tablolarının sökülərək yenilənməsi səbəbindən sürücülərin diqqətli olması tövsiyə edilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb.

Məhdudiyyət fevralın 14-ü saat 00:00-dan 07:00-dək yolundan (Hava limanı körpüsündən) "Koroğlu" metrostansiyası istiqamətində qüvvədə olacaq.

Növbəti gün, fevralın 15-də isə həmin saatlarda "Koroğlu" metrostansiyasından (Suraxanı dairəsi üzərindəki yol ötürücüsündən) Hava limanı istiqamətində vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

yol kimi, Mərdəkan şosesindən gələnlər Zığ şosesinə, şəhər istiqamətindən gələnlər isə Suraxanı rayonu, Xanlar Ələkbərov və 14 İyul küçəsinə istiqamətləndiriləcək.

Eyni zamanda, sürücülər şəhərdən Hava limanı istiqamətinə alternativ olaraq 8 Noyabr prospektindən Zığ yoluna keçməklə də hərəkət edə biləcəklər.

məhdudiyyətin tətbiq olunduğu müddətdə avtomobillərin alternativ yollarda rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün zəruri tədbirlər görəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…