Əsas məzmuna keç

ADY hava şəraiti ilə bağlı qabaqlayıcı tədbirlər görür

ADY hava şəraiti ilə bağlı qabaqlayıcı tədbirlər görür

Qeyri-sabit havada qatarların qrafiki və stansiyalarda sərnişinlərin təhlükəsizliyi necə təmin olunur? ADY-nin vacib xəbərdarlığı və görülən son işlərlə tanış olun.

en ru

" Dəmir Yolları" QSC (ADY) ölkə ərazisində müşahidə olunan qeyri-sabit ilə bağlı zəruri qabaqlayıcı tədbirlər görür.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə səhmdar cəmiyyətindən bildirilib.

Qurumun məlumatına görə, ölkə boyunca vağzal, stansiya və dayanacaqlarında qatarların və sərnişinlərin təhlükəsiz hərəkəti üçün işçi heyəti fasiləsiz çalışır, platformalarda xüsusi örtüklər salınıb.

"Hazırda qatarlar qrafik üzrə hərəkətini davam etdirir. Hava şəraiti sabitləşənədək analoji tədbirlər davam etdiriləcək", - deyə rəsmi məlumatda qeyd edilib.

ADY həmçinin sərnişinləri platformalarda hərəkət zamanı diqqətli olmağa və dəmiryol xətlərini müvafiq keçidlərdən keçməyə çağırır.

Qatar cədvəli

11:25 Növbəti qatar · Bakı → Sumqayıt Bütün qatarlar ›
Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…