Əsas məzmuna keç

ADY: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb

ADY: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb

Azərbaycan Dəmir Yolları yarım ildə qeydə alınan təhlükəli insidentlərlə bağlı xəbərdarlıq edib. Valideynlər məsuliyyət daşıyır, bəs günahkarları nə gözləyir?

en ru

Bu ilin yanvar-iyun aylarında Dəmir Yollarının hərəkətdə olan sərnişin qatarlarına 21 dəfə daş atılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" ADY-yə istinadən xəbər verir ki, bu hadisələr nəticəsində qatarlara ziyan dəyib, sərnişinlərin və qatar heyətinin təhlükəsizliyi ciddi risk altına düşüb.

"Bu cür qanunsuz hərəkətləri törədən şəxslər hüquq-mühafizə orqanları tərəfindən müəyyən edilərək qanunvericiliyə uyğun qaydada cəzalandırılır. Azyaşlıların törətdiyi hallarda isə onların valideynləri və ya qanuni nümayəndələri qanunvericilikdə nəzərdə tutulmuş daşıyırlar. Valideynlərdən xahiş edirik ki, uşaqlarını bu cür təhlükəli hərəkətlərdən çəkindirsin, onlarla dəmir yolu ətrafında təhlükəsiz davranış qaydaları barədə söhbət etsinlər,"- qurumun məlumatında bildirilib.

Qatar cədvəli

07:45 Növbəti qatar · Qatar: Bakı → Sumqayıt Bütün qatarlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…