Əsas məzmuna keç

ADB Biləcəri-Yalama dəmir yolunu modernləşdirir

ADB Biləcəri-Yalama dəmir yolunu modernləşdirir

Azərbaycan Dəmir Yolları şimal istiqamətindəki infrastruktur layihəsini genişləndirir. Yalama sərhəd-keçid məntəqəsinə qədər olan qatar xəttində hansı yeniliklər gözlənilir?

en ru

Asiya İnkişaf Bankı (ADB) Biləcəri–Yalama dəmir yolu sahəsində elektrifikasiya, siqnallaşdırma və telekommunikasiya sistemlərinin modernləşdirilməsi layihəsinin idarə edilməsi üzrə xidmətlərin göstərilməsi üçün məsləhətçilərin seçilməsi proseduruna başlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” ADB-yə istinadən xəbər verir ki, konsultasiya xidməti üzrə müqavilənin təxmini dəyəri 2,088 milyon dolları təşkil edir.

Bankın məlumatına görə, layihənin icra müddəti 54 aydır, işlərin ilkin olaraq 2027-ci il fevralın 1-də başlanması planlaşdırılıb.

ADB layihənin icrası üçün 350 milyon ABŞ dolları məbləğində kreditin ayrılması imkanını nəzərdən keçirir. Layihə 2026-cı il fevralın 16-27-da təhlil edilib.

Layihəni ADB, Asiya İnfrastruktur İnvestisiya Bankı və hökumətinin birgə maliyyələşdirməsi planlaşdırılır.

Yeni tərəfdaşlıq strategiyası çərçivəsində ADB Azərbaycana 2,5 milyard ABŞ dollarına qədər maliyyə vəsaiti ayırmağı planlaşdırır.

Qatar cədvəli

18:15 Növbəti qatar · Bakı → Sumqayıt Bütün qatarlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…