Operativ Məlumat Mərkəzi

Aǧdamda sürücü narkotiklə bağlı həbs olunub

1 dəq
Paylaş:
Aǧdamda sürücü narkotiklə bağlı həbs olunub
Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "VAZ" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti...

Aǧdamda narkotik vasitə qəbul edərək avtomobil idarə edən sürücü inzibati qaydada həbs olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "VAZ" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Məmmədhüseyn Həsənova “saxla” işarəsi verilib. Araşdırma zamanı onun narkotikin təsiri altında avtomobil idarə etdiyi müəyyən edilib.

M.Həsənov barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənun qərarına əsasən o, 15 gün müddətinə inzibati qaydada həbs olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər