Əsas məzmuna keç

Abşeronda “sosial eksperiment” adı altında dələduzluq edilib

Abşeronda “sosial eksperiment” adı altında dələduzluq edilib

Abşeron rayonu ərazisində bir nəfər üzləşdiyi qeyri-adi dələduzluq hadisəsi ilə bağlı polisə müraciət edib."Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə...

ru

rayonu ərazisində bir nəfər üzləşdiyi qeyri-adi hadisəsi ilə bağlı polisə müraciət edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, zərərçəkən bildirib ki, naməlum şəxs Xırdalan şəhərində ona yaxınlaşaraq ehtiyacı olduğu üçün ondan 1 manat istəyib. Pulu verdikdən sonra isə zərərçəkənin cibində xeyli miqdarda maddi vəsait olduğunu görən həmin şəxs sosial eksperiment apardıqlarını bildirib. O, veriliş üçün bir qədər də pul lazım olduğunu və çəkilişdən sonra geri qaytaracağını deyib. Bu yolla zərərçəkənin 1350 manatını alaraq ələ keçirib.

Abşeron Rayon İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 27 yaşlı Mehdiyev Elvin Əvəz oğlu müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…