Əsas məzmuna keç

Abşeronda fəhlə iş yerində nərdivandan yıxılaraq ölüb

Abşeronda fəhlə iş yerində nərdivandan yıxılaraq ölüb

Abşeronda fəhlə iş yerində nərdivandan yıxılaraq ölüb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki,...

Abşeronda iş yerində nərdivandan yıxılaraq ölüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, mayın 30-u saat 11 radələrində rayonu ərazisində yerləşən anbarların birində fəhlə 1976-cı il təvəllüdlü Tahir Əhmədovun iş yerində olduğu xəsarətdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla Tahir Əhmədovun iş yerində nərdivandan yıxılması nəticəsində almış olduğu xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…