Əsas məzmuna keç

ABŞ-yə məxsus qırıcı təlim uçuşu zamanı qəzaya uğrayıb

ABŞ-yə məxsus qırıcı təlim uçuşu zamanı qəzaya uğrayıb

Hərbi Dəniz Qüvvələrinə () məxsus “EA-18G Growler” qırıcısı Vaşinqton ştatında Raynir vulkanının şərq hissəsi yaxınlığında təlim zamanı qəzaya uğrayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "The Seattle Times" qəzeti məlumat yayıb.

Məlumata görə, ABŞ HDQ-nin “MH-60S” helikopteri axtarış qrupu tərkibində qəza yerinə göndərilib. Pilotların vəziyyəti hələ də müəyyən edilməyib. Qəzanın səbəbləri araşdırılır.

EA-18G "Growler" radioelektron mübarizə qırıcısı F/A-18 Super Hornet qırıcısının modifikasiyasıdır. Onun dəyəri 67 milyon ABŞ dollarıdır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #abş#uçuşu#hdq
Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…