Əsas məzmuna keç

ABŞ Yaponiyanı nüvə ilə qoruyacaq

ABŞ Yaponiyanı nüvə ilə qoruyacaq

Vaşinqton və Tokio arasında imzalanan yeni sazişə əsasən, Ağ Ev müttəfiqini müdafiə etmək üçün strateji arsenalını işə salacaq. Bəs bu qərar regionda nələri dəyişəcək?

ru en

ABŞ nüvə çəkindirməsi də daxil olmaqla, bütün imkanlarından istifadə ilə Yaponiyanın müdafiəsini davam etdirəcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Tokioda keçirilən Yaponiya- genişləndirilmiş dialoqunun yekunlarına dair birgə bəyanatda deyilir.

"ABŞ nüvə çəkindirməsi də daxil olmaqla, bütün müdafiə imkanlarından istifadə ilə Yaponiyanı müdafiə etmək öhdəliyini bir daha təsdiqlədi", - sənəddə qeyd olunur.

Bəyanatda vurğulanır ki, Yaponiya öz növbəsində Amerika qüvvələrinə və onların sülhməramlı əməliyyatlarına dəstəyini bir daha təsdiqləyib.

Tərəflər həmçinin artan regional nüvə təhlükəsi fonunda Amerika nüvə qüvvələrinin modernləşdirilməsi, uyğunlaşmasını və Yaponiyanın müdafiə siyasətini müzakirə ediblər.

Bundan əlavə, Tokio Vaşinqtonu silahlanmaya nəzarət məsələsində Çin və ilə da daxil olmaqla, silahlanma yarışının qarşısının alınması ilə bağlı dialoqu gücləndirməyə çağırıb. Tərəflər həmçinin KXDR-in tam nüvəsizləşdirilməsi zərurəti ilə bağlı mövqelərini bir daha təsdiqləyiblər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…