Əsas məzmuna keç

ABŞ Xameneinin oğlunu izləyir

ABŞ Xameneinin oğlunu izləyir

Ağ Ev kəşfiyyatı Müctəba Xameneinin Tehranın yeni lideri olması iddialarını araşdırır. Kerolayn Livit rəsmi açıqlama verdi. İsrailin hədəfində kim var?

en ru

orqanları İranda baş tutacaq yeni ali seçkilərini və bu ətrafda cərəyan edən prosesləri diqqətlə izləyir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livit məlumat verib.

O, İranın mərhum ali rəhbəri Ayətullah Əli Xameneinin oğlu Müctəba Xameneinin ölkənin yeni ali lideri seçilməsi ehtimalı ilə bağlı mediada yayılan xəbərlərə münasibət bildirərkən deyib:

"Əlbəttə ki, biz bu barədə də məlumatlar görmüşük. Kəşfiyyat orqanlarımız bunu yaxından izləyir və araşdırır. Həqiqət budur ki, nə baş verəcəyini gözləməli olacağıq".

Xatırladaq ki, "The New York Times" qəzeti Ekspertlər Şurasının çərşənbə günü səhər tezdən Müctəba Xameneini yeni ali rəhbər elan etməyə hazır olduğunu yazıb. Lakin bəzi şura üzvləri bu addımın onu ABŞ və İsrail hücumlarının hədəfinə çevirəcəyindən narahatlıqlarını ifadə ediblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…