ABŞ Senatı Türkiyənin İsveçin NATO alyansındakı iştirakını təsdiqlədikdən sonra prezident Co Bayden administrasiyası tərəfindən təsdiqlənən F-16 qırıcı təyyarələri və modernləşdirmə dəstlərinin Türkiyəyə 23 milyard dollarlıq satışını əngəlləyən qanun layihəsini rədd edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Senatın Baş Assambleyasında fevralın 5-də ABŞ-ın Kentukki ştatının senatoru Paulun təqdim etdiyi qanun layihəsinin qəbulu və ya rədd edilməsi ilə bağlı səsvermə keçirilib.
F-16-ların Türkiyəyə satışını əngəlləyən qanun layihəsi 79 “xeyr” səsi, 13 “hə” səsi ilə rədd edilib.