ABŞ-nin Azərbaycana yeni təyin olunmuş səfiri Mark Libbi (Mark Libby) Azərbaycanda səfir kimi rəsmi işinə başlamaqdan şərəf duyduğunu bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə səfirliyin "X" hesbaında paylaşım edilib.
“Mən ABŞ-nin Azərbaycandakı səfiri kimi rəsmi işimə başlamaqdan şərəf duyuram. Mən Azərbaycanı kəşf etməyi, Azərbaycan xalqı ilə görüşməyi və ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi üçün çalışmağı səbirsizliklə gözləyirəm”,-əlavə edilib.
Qeyd edək ki, bu gün Mark Libbi etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.