Əsas məzmuna keç

"ABŞ-nin bundan xəbəri olmayıb" - Tramp

"ABŞ-nin bundan xəbəri olmayıb" - Tramp

Vaşinqton İsrailin İranın Cənubi Pars qaz yatağına hücumundan xəbərsiz qalıb. Amerika lideri Qətərə görə Tehranı gözləyən ağır nəticələri açıqladı.

ru en

ABŞ Prezidenti İsrailin artıq İranın qaz yatağına hücum etməyəcəyini bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Tramp özünün "Truth Social" hesabında paylaşım edib.

O qeyd edib ki, İsrail bu qaz yatağına “qəzəb içində” hücum edib və ABŞ-nin bundan olmayıb.

ABŞ Prezidenti vurğulayıb ki, Qətər hücumda heç bir rol oynamayıb və İran tərəfindən ədalətsiz şəkildə hədəf alınıb. O əlavə edib ki, İran Qətərə yenidən hücum edəcəyi təqdirdə ABŞ cavab verəcək və bunu görünməmiş güclə həyata keçirəcək.

Tramp həmçinin bildirib ki, İsrail yalnız İran hücumlarını dayandırarsa bu strateji qaz yatağına zərbə endirməyəcək. Bununla yanaşı, o qeyd edib ki, belə genişmiqyaslı dağıntı yaratmaq istəmir, çünki bunun İran üçün uzunmüddətli nəticələri ola bilər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…