Əsas məzmuna keç

ABŞ-nin hərbi təyyarəsi Aralıq dənizində qəzaya uğrayıb

ABŞ-nin hərbi təyyarəsi Aralıq dənizində qəzaya uğrayıb

bu barədə ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı məlumat yayıb. Bəyanatda qeyd edilib ki, noyabrın 10-da təlim uçuşu zamanı “fövqəladə vəziyyət”...

ABŞ-yə məxsus hərbi təyyarə Aralıq dənizinin şərqi üzərində təlim həyata keçirərkən qəzaya uğrayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Silahlı Qüvvələrinin Avropa Komandanlığı məlumat yayıb.

Bəyanatda qeyd edilib ki, noyabrın 10-da təlim uçuşu zamanı “fövqəladə vəziyyət” yaranıb, nəticədə təyyarə qəzaya uğrayıb.

“Əminliklə deyə bilərik ki, uçuş sırf təlim məqsədilə həyata keçirilib, heç bir düşmən fəaliyyəti yoxdur”, – bəyanatda vurğulanıb.

amerikalı hərbçilərin xəsarət alıb-almadığını və söhbətin hansı model təyyarədən getdiyini açıqlamayıb.

“Hadisənin səbəblərini müəyyən etmək üçün araşdırmalara başlanılıb”, – komandanlıq diqqətə çatdırıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…