Əsas məzmuna keç

ABŞ-nin 10% qlobal idxal tarifləri qüvvəyə mindi

ABŞ-nin 10% qlobal idxal tarifləri qüvvəyə mindi

Donald Trampın qərarı ilə xarici mallara yeni gömrük rüsumu tətbiq edilir. Ağ Ev rəqəmin 15%-ə qalxacağını anons etdi. 2026-cı ilə qədər olan mühüm detallar burada.

en ru

ABŞ idxalına 10% qlobal tariflər, Ali Məhkəmənin tərəfindən əvvəllər elan edilmiş tarifləri qanunsuz hesab etməsindən sonra qüvvəyə minib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, yeni tariflər gözləniləndən daha aşağıdır.

Belə ki, 20 fevralda Tramp 150 gün müddətinə 10% tarif elan edib və 21 fevralda 15% tarifin mümkünlüyünü bildirib. Lakin hələlik tariflərin artırılması ilə bağlı rəsmi əmr verilməyib.

ABŞ və Sərhəd Mühafizəsi Xidməti 24 fevral saat 00:01-dən etibarən xaricdə istehsal olunan və ABŞ-yə edilən və ya ABŞ-nin Şərq sahilindəki anbarlardan göndərilən bütün mallara 2026-cı ilə qədər 10% tarif tətbiq ediləcəyini açıqlayıb.

Qeyd olunub ki, bu, 24 iyul 2026-cı ilə qədər qüvvədə olacaq.

Ağ Ev sözçüsü "NBC News"a bildirib ki, ABŞ administrasiyası qlobal idxal tariflərini 15%-ə qədər artırmaq üçün ayrıca bir sərəncam üzərində işləyir, lakin prezidentin sərəncamı nə vaxt imzalayacağını dəqiqləşdirməyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…