Əsas məzmuna keç

ABŞ məhkəmələrinin elektron sistemi haker hücumuna məruz qalıb

ABŞ məhkəmələrinin elektron sistemi haker hücumuna məruz qalıb

Naməlum hakerlər ABŞ federal məhkəmələrinin elektron qeydiyyat sisteminə kiberhücum edərək, cinayət işləri və onların iştirakçıları haqqında məlumatların...

Naməlum hakerlər məhkəmələrinin elektron qeydiyyat sisteminə edərək, cinayət işləri və onların iştirakçıları haqqında məlumatların bir hissəsini oğurlayıblar.

"Operativ Məlumat Mərkəzi-OMM"-in verdiyi məlumata görə, bu barədə “Politico” qəzeti ABŞ məhkəmə sistemindəki mənbələrə istinadən yazır.

Kiberhücum nəticəsində şahidlərin və informatorların şəxsi məlumatlarının ələ keçirilməsi ehtimal olunur. ABŞ Ədliyyə Nazirliyi federal məhkəmələrlə birlikdə bu hücumun nəticələrinin miqyasını müəyyən etməyə çalışır.

Sındırılmış elektron sistem iki komponentdən ibarətdir: proses iştirakçılarının baxılan işlərə aid rəqəmsallaşdırılmış sənədləri yükləmək üçün istifadə etdikləri platforma və bu məlumatlara məhdud giriş platforması. Sistemdə şahidlər və təqsirləndirilən şəxslər haqqında məlumatlarla yanaşı, həbs və axtarış orderləri haqqında məlumatlar da var.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…