NATO blokun Vaşinqtonda keçiriləcək sammitində Ukraynaya alyansa qoşulmağa və münaqişə zamanı Rusiyaya qarşı müqavimət göstərmək qabiliyyətini gücləndirməyə imkan verəcək tədbirləri elan etməyi planlaşdırır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden administrasiyası məlumat yayıb.
“Ukraynaya dəstək vermək üçün müttəfiqlər Ukraynanı NATO-ya yaxınlaşdıracaq və eyni zamanda Ukraynanın Rusiya təcavüzündən müdafiə qabiliyyətinin gücləndirilməsinə zəmin yaradacaq mühüm yeni tədbirləri elan edəcək”, - sənəddə deyilir.