Əsas məzmuna keç

ABŞ Kanadaya xəbərdarlıq etdi

ABŞ Kanadaya xəbərdarlıq etdi

bununla bağlı xarici KİV məlumat yayıb. Bildirilib ki, Ağ Evin sözçüsü Karolin Leavitt mətbuat konfransında Ontarionun Baş naziri Daq Fordun ABŞ...

Ağ Ev Kanadanın Ontario əyalətinə ABŞ-ə enerjisinin verilməsini tamamilə kəsmək planlarının ciddi nəticələrə səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Ağ Evin sözçüsü Karolin mətbuat konfransında Ontarionun Baş naziri Daq Fordun ştatlarına elektrik enerjisi verilməsi planları ilə bağlı açıqlamalar verib.

"Kanada Birləşmiş Ştatlara və vətəndaşlarımıza elektrik enerjisini kəsməyi düşünsə, ciddi nəticələrlə üzləşəcək", - o qeyd edib.

Trampın ABŞ-nin xarici ölkələrin, o cümlədən Kanadanın elektrik enerjisindən asılı olmamasında qərarlı olduğunu ifadə edən Leavitt, Kanadanın ağıllı bir qərar verəcəyinə ümid etdiklərini söyləyib.

Leavitt qonşu və tərəfdaş kimi təsvir etdiyi Kanadanın artıq rəqib ola biləcəyini də bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…