Operativ Məlumat Mərkəzi

ABŞ iyunda əsas istehsalat sahələrində neft hasilatını artıracaq

1 dəq
Paylaş:
ABŞ iyunda əsas istehsalat sahələrində neft hasilatını artıracaq

ABŞ Energetika Nazirliyinin proqnozlarına görə, cari ilin iyununda may ayı ilə müqayisədə ölkədə əsas istehsalat sahələrində (hasilatın əsas hissəsi şist neftinin payına düşür – red.) neft hasilatı artacaq.

"Operativ Məlumat Mərkəzi-OMM"-in ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasına (EIA) istinadən verdiyi məlumata görə, gələn ay ən iri yataqlarda ortalama gündəlik neft hasilatı 41 min barel və ya 0,4% artaraq, 9,332 mln. barelə çatacaq.

Məlumata görə, hasilat üzrə artım əsasən "Permian", "Eagle Ford", "Bakken", "Anadarko", "Appalachia” və "Niobrara" yataqlarının payına düşəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər