ABŞ-nin vitse-prezidenti Kamala Harris HƏMAS-ın İsrailə qarşı hücumlarını pisləyib və İsrailin təhlükəsizliyi üçün lazımi dəstəyi verməkdə qərarlı olduqlarını bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ağ Ev rəsmi məlumat yayıb.
Qeyd edilib ki, Harris İsrail prezidenti İsaak Hersoqla telefonla danışıb.
Görüş zamanı Harris həyatını itirənlərə başsağlığı verib.
"Dəhşətli və görünməmiş" hücumları pisləyən Harris, "bu cür terror hücumlarına heç vaxt bəraət qazandıra bilməyəcəyini" bildirib.
ABŞ-nin İsrailin təhlükəsizliyinə sarsılmaz dəstəyini vurğulayan Harris, ölkəsinin İsrailə lazımi dəstəyi verməkdə qərarlı olduğunu vurğulayıb.