ABŞ İsrailə qarşı hücumlara görə İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ İsrailə qarşı hücumlara görə İrana qarşı yeni sanksiyalar tətbiq edəcək
17.04.2024 11:30
Aa
dəq

ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan İranın İsrailə hücumlarına görə ona qarşı yeni sanksiyaların tətbiq ediləcəyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Sullivan yazılı açıqlamasında bildirib ki, prezident Co Bayden Konqres üzvləri, ABŞ-ın müttəfiqləri və tərəfdaşları ilə İrana hərtərəfli cavabı koordinasiya edir.

Bu kontekstdə İrana qarşı yeni sanksiyaların tətbiq olunacağına işarə edən Sullivan, “ABŞ yaxın günlərdə İranın raket və pilotsuz uçuş aparatları proqramları, İran Müdafiə Nazirliyi və dəstək verən təşkilatlar da daxil olmaqla, İrana qarşı yeni sanksiyalar tətbiq edəcək".

ABŞ-dan sonra digər müttəfiq ölkələrin və tərəfdaşların da sanksiyalar tətbiq edəcəyini proqnozlaşdırdığını qeyd edən Sallivan, Vaşinqtonun İranın raket və pilotsuz uçuş aparatları imkanlarına qarşı Yaxın Şərqdə hava, raketdən müdafiə və erkən xəbərdarlıq sistemlərinin inteqrasiyasını gücləndirməyə davam etdiyini bildirib.

Sallivan bəyan edib ki, bu yeni sanksiyalar və digər tədbirlər İrana öz hərbi potensialını və effektivliyini nəzarətdə saxlamaq, zəiflətmək və bütün problemli davranışlarına qarşı çıxmaq üçün təzyiq göstərməyə davam edəcək.

Həftənin ən çox oxunanları

AB Meta ilə bağlı "uşaq təhlükəsizliyi" araşdırmasına başlayıb

AB Meta ilə bağlı
DAVAMIN OXU davamın oxu

İsrail Qəzzada Cibaliyada dinc sakinlərə atəş açıb

İsrail Qəzzada Cibaliyada dinc sakinlərə atəş açıb
DAVAMIN OXU davamın oxu

İndoneziyada vulkanın xəbərdarlıq səviyyəsi maksimuma qaldırılıb

İndoneziyada vulkanın xəbərdarlıq səviyyəsi maksimuma qaldırılıb
DAVAMIN OXU davamın oxu

Yeni Kaledoniya adasındakı iğtişaşlarda onlarla insan saxlanılıb

Yeni Kaledoniya adasındakı iğtişaşlarda onlarla insan saxlanılıb
DAVAMIN OXU davamın oxu

Braziliyada daşqın nəticəsində ölənlərin sayı 150-yə yüksəlib

Braziliyada daşqın nəticəsində ölənlərin sayı 150-yə yüksəlib
DAVAMIN OXU davamın oxu