Əsas məzmuna keç

ABŞ, İran və vasitəçilər 45 günlük atəşkəs şərtlərini müzakirə edir

ABŞ, İran və vasitəçilər 45 günlük atəşkəs şərtlərini müzakirə edir

ABŞ və İran regional vasitəçilərin iştirakı ilə müharibənin qarşısını almaq üçün 45 günlük atəşkəs variantını nəzərdən keçirir.

en ru

ABŞ mərkəzli "Axios" xəbər platformasının məlumatına görə, ABŞ, İran və regional 45 günlük atəşkəsin əldə olunması istiqamətində səylərini davam etdirirlər.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, mənbələr bildirir ki, 48 saat ərzində razılaşmanın əldə olunma ehtimalı aşağı olsa da, bu addım münaqişənin daha da gərginləşməsinin qarşısını almaq üçün son şans kimi qiymətləndirilir.

Vasitəçilər tərəflərlə iki mərhələli razılaşma üzərində işləyirlər:

  • Birinci mərhələ: 45 günlük elan edilməsi.
  • İkinci mərhələ: Bu müddət ərzində daimi sülh üçün danışıqların aparılması.

Müzakirələrin , Misir və Pakistanın vasitəçiliyi ilə, eləcə də ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff və İranın naziri Abbas Araqçı arasındakı mesajlaşmalar vasitəsilə aparıldığı qeyd olunur.

ABŞ və İsrailin İranın enerji obyektlərinə qarşı genişmiqyaslı hücum planının hazır olduğu iddia edilir.

Trampın Tehrana verdiyi 48 saatlıq müddəti aprelin 8-dək uzatması isə razılaşma üçün əlavə fürsət yaratmaq məqsədi daşıyır.

Hörmüz boğazının tam açılması və İranın zənginləşdirilmiş uran proqramı ilə bağlı məsələlərin yalnız yekun razılaşmanın bir hissəsi ola biləcəyi vurğulanır.

Xatırladaq ki, daha əvvəl Hörmüz boğazını 48 saat ərzində açmayacağı təqdirdə İranı hədələyən Tramp, hesabında müddəti aprelin 8-nə qədər uzatdığını bəyan etmişdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…