Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Əndrabi ABŞ-İran sülh danışıqlarının ikinci mərhələsi ilə bağlı açıqlama verib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, o, brifinq zamanı İslamabadda keçirilməsi planlaşdırılan danışıqların tarixlərinin hələlik müəyyən edilmədiyini bildirib.
Diplomat qeyd edib: “Növbəti danışıqların tarixləri hələ müəyyən edilməyib. Bu məsələ ilə bağlı rəsmi açıqlamamız yoxdur. Qərar verildiyi təqdirdə danışıqların vaxtını elan edəcəyik”.
Qeyd edək ki, ABŞ və İran arasında vasitəçilik formatında aparılan danışıqların ikinci mərhələsinin İslamabadda keçirilməsi ehtimalı gündəmdə olsa da, hələlik rəsmi təsdiq verilməyib.