ABŞ İordaniyadakı ABŞ hərbi bazasına hücumdan sonra İraq və Suriyadakı hədəfləri vurmağa başlayacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Amerika rəsmilərinə istinadən “The Wall Street Journal” məlumat yayıb.
Bildirilir ki, ABŞ ordusu İran qüvvələrini və obyektlərini məhv etmək niyyətindədir.
WSJ-nin məlumatına görə, hücumlar çox səviyyəli olacaq və hərbi əməliyyatlar İrana ABŞ-ın gərginliyi artırmaq istəmədiyinə işarə etmək üçün uyğunlaşdırıla bilən digər tədbirlərlə birləşdiriləcək. Vaşinqton Tehrana təsir etmək istəyir ki, Yaxın Şərqdə dəstəklədiyi yaraqlıların hücumlarını dayandırsın.
Ötən gün CBS telekanalı İrandakı hədəflərə qarşı hücum planının artıq təsdiqləndiyini və bir neçə gün ərzində həyata keçiriləcəyini bildirmişdi.