Əsas məzmuna keç

ABŞ Ermənistanda “Tramp marşrutu” layihəsini müzakirə edir

ABŞ Ermənistanda “Tramp marşrutu” layihəsini müzakirə edir

Mher Qriqoryan Sünikdən keçəcək TRIPP tranzit dəhlizini ABŞ rəsmiləri ilə nəzərdən keçirib. 99 illik idarəetmə və Sülh Yollarının Kəsişməsi planının detalları...

en ru

ABŞ “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” – TRIPP layihəsinin icrasını müzakirə etmək Ermənistana səfər edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ermənistan baş nazirinin müavini Mher Departamenti və İnkişaf Maliyyə Korporasiyasının nümayəndələri ilə görüş keçirib.

Tərəflər layihənin həyata keçirilməsi ilə bağlı əməliyyat və hüquqi məsələləri müzakirə edib və bir sıra razılaşmalar əldə olunub.

Qriqoryan görüş zamanı Ermənistanın “Sülh Yollarının Kəsişməsi” təşəbbüsündən də danışaraq regionda bütün kommunikasiya xətlərinin açılmasının vacibliyini vurğulayıb.

TRIPP layihəsi Ermənistanın Sünik vilayətindən keçəcək strateji tranzit dəhlizinin yaradılmasını nəzərdə tutur.

Məlumata görə, layihə yalnız Ermənistanın yurisdiksiyası çərçivəsində fəaliyyət göstərəcək və ölkənin suverenliyinə təsir etməyəcək.

Təşəbbüs çərçivəsində dəmir yolu, yolu, neft və qaz kəmərləri, eləcə də fiber-optik rabitə xətlərinin tikintisi planlaşdırılır.

Layihənin Amerika şirkəti tərəfindən Ermənistan qanunvericiliyinə uyğun şəkildə və hərbi komponent olmadan həyata keçiriləcəyi bildirilir.

Plana əsasən, ABŞ tərəfi layihənin idarə olunması üçün 99 ilə qədər eksklüziv hüquqlar əldə edə bilər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…