Operativ Məlumat Mərkəzi

ABŞ-də fırtına nəticəsində ən azı 10 nəfər ölüb

1 dəq
Paylaş:
ABŞ-də fırtına nəticəsində ən azı 10 nəfər ölüb
bu barədə “Axios” portalı məlumat yayıb. Fırtına avtomobil yollarının bağlanmasına, aviareyslərin ləğvinə, məktəblərin və dövlət müəssisələrinin...

ABŞ-nin cənubunu bürüyən qar fırtınası nəticəsində ən azı 10 nəfər ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Fırtına avtomobil yollarının bağlanmasına, aviareyslərin ləğvinə, məktəblərin və dövlət müəssisələrinin bağlanmasına səbəb olub.

Məlumata görə, Luiziana, Alabama və Florida ştatlarında rekord miqdarda qar yağıb.

Milli Meteorologiya Xidməti ölkənin cənubunda temperaturun kəskin enəcəyi barədə xəbərdarlıq edib. "Arktik hava kütlələri Meksika körfəzi sahillərində və cənub-şərqdə temperaturun gecə saatlarında aşağı düşməsinə səbəb olacaq. Soyuq hava şəraiti nəticəsində elektrik təchizatında fasilələr daha da çoxalacaq", - məlumatda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər