Operativ Məlumat Mərkəzi

ABŞ-də bu il 85 min viza ləğv edilibmiş

2 dəq
Paylaş:
ABŞ-də bu il 85 min viza ləğv edilibmiş

ABŞ Dövlət Departamentinin rəsmisi yanvar ayından bütün kateqoriyalarından ümumilikdə 85 min vizanın edildiyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, bu ötən il ləğv olunan viza sayının iki qatından çoxdur.

Ləğv edilən arasında 8 mindən çox tələbə vizası da var.

Rəsmilər bu yüksək rəqəmin ABŞ Prezidenti Donald Tramp administrasiyasının həm ölkə daxilində yaşayan miqrantları hədəfə alan tədbirlərinin, həm də ölkəyə girişləri məhdudlaşdırmağa yönəlmiş daha geniş siyasətin bir hissəsi olduğunu bildiriblər.

Dövlət Departamentinin rəsmisi son bir ildə ləğv olunan vizaların demək olar ki, yarısının spirtli içki qəbul edərək avtomobil idarəetməsi, hücum və oğurluq kimi cinayətlərlə bağlı olduğunu söyləyib.

Qalan viza ləğvlərinə dair ətraflı səbəblər açıqlanmasa da, daha əvvəl viza müddətinin bitməsi və “terrorizmə dəstək” kimi səbəblərin də əsas kimi göstərildiyi xatırladılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax