ABŞ Dövlət Departamentinin dünən verdiyi açıqlamada Kiyevin HAWK hava hücumundan müdafiə sistemlərinin təmiri və ehtiyat hissələrini təmin etmək üçün Ukraynaya 138 milyon dollarlıq təcili xarici hərbi satış edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, açıqlamada HAWK müdafiə sisteminin saxlanmasının Ukrayna xalqının müdafiə və “milli infrastrukturunu qorumaq” qabiliyyətini artıracağı qeyd edilib.
ABŞ-ın müdafiə naziri Lloyd Ostin Konqresdəki çıxışında vurğulayıb ki, ABŞ Ukraynaya dəstək verməsə, bu ölkənin Rusiyanın əlinə keçməsi ehtimalı var.
Ostin əlavə edib ki, Ukraynadakı münaqişənin nəticələri ABŞ-ın milli təhlükəsizliyində də özünü göstərəcək.
HAWK, Ukraynanın ən mühüm təhlükəsizlik ehtiyaclarından biri olan hava hücumundan müdafiəni təmin edən orta mənzilli yer-hava raket sistemidir.