Əsas məzmuna keç

ABŞ-dən İrana dəstək verənlərə xəbərdarlıq: "Cavab veriləcək"

ABŞ-dən İrana dəstək verənlərə xəbərdarlıq: "Cavab veriləcək"

ABŞ generalı Aleksus Qrinkeviç Senatda Vaşinqtonun sərt xəbərdarlığını yaydı. Pentaqon İrana hərbi dəstək verən və bazalar ayıran dövlətləri hədəfə götürüb.

en ru

ordusu İrana ABŞ-yə qarşı hərbi əməliyyatlarda kömək edən istənilən ölkəyə qətiyyətlə cavab veriləcəyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, açıqlama martın 12-də Senatda keçirilən dinləmələr zamanı Müttəfiq Qüvvələrinin Avropa üzrə Ali Komandanı, ABŞ generalı Aleksus Qrinkeviç tərəfindən səsləndirilib.

“Kim Amerika hərbçilərini hər hansı bir şəkildə təhlükəyə atırsa, düşünürəm ki, biz buna qətiyyətlə cavab verməliyik. Əminəm ki, ABŞ qüvvələrini hədəf almaqda iranlılara kömək edən hər kəsə qətiyyətli cavab veriləcək”, – deyə baş komandan bildirib.

Qrinkeviç həmçinin qeyd edib ki, Avropa ölkələrinin böyük əksəriyyəti ABŞ-nin İrana qarşı əməliyyatlarında fəal şəkildə dəstək göstərir. Onun sözlərinə görə, bu ölkələr öz əraziləri üzərindən uçuşlara icazə verir, hərbi bazalar təqdim edir və digər formada yardım göstərirlər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…