Operativ Məlumat Mərkəzi

ABŞ Cənubi Koreyadan minlərlə hərbçisini çıxarmağı planlaşdırır

1 dəq
Paylaş:
ABŞ Cənubi Koreyadan minlərlə hərbçisini çıxarmağı planlaşdırır

ABŞ prezidenti Donald Tramp administrasiyasının Cənubi Koreyada yerləşən minlərlə ABŞ əsgərini geri çəkməyi nəzərdən keçirir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb.

Rəsmilər bildiriblər ki, Pentaqonun hazırladığı variantlardan biri 4500-ə yaxın hərbçinin çıxarılması və onların Quam və Hind-Sakit Okean bölgəsindəki digər ərazilərə köçürülməsidir.

Rəsmilər məsələnin Şimali Koreya ilə münasibətlərə dair qeyri-rəsmi siyasət araşdırması çərçivəsində Trampa təqdim edilmək üçün hazırlandığını bildirərək, bu ideyanın hələ müzakirə mərhələsində olduğunu bildirib.

Hazırda bölgədə təxminən 28 500 Amerika əsgəri var.

Bu xəbəri paylaş

Oxşar xəbərlər