NATO-nun Avropadakı qüvvələrinin keçmiş komandanı, ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı Ceyms Stavridis Nigerdəki vəziyyətin Afrika qitəsində genişmiqyaslı müharibəyə çevrilə biləcəyini deyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “X” (keçmiş “Twitter”) hesabında məlumat verib.
“Nigerdəki bu vəziyyət Afrikada genişmiqyaslı müharibəyə səbəb olacaqmı? Sözsüz ki, bunun üçün potensial var. Bu, əhəmiyyətli dərəcədə dağıdıcı hadisə ola bilər”, - deyə paylaşımda qeyd edilib.