Operativ Məlumat Mərkəzi

ABŞ 66 beynəlxalq təşkilatdan çıxır – Tramp memorandum imzaladı

2 dəq
Paylaş:
ABŞ 66 beynəlxalq təşkilatdan çıxır – Tramp memorandum imzaladı
sənəd Ağ Evin rəsmi saytında dərc olunub.Memoranduma əsasən, bütün icraedici departament və qurumlara ABŞ-nin milli maraqlarına, təhlükəsizliyinə,...

ABŞ Prezidenti Donald Tramp ölkənin 66 beynəlxalq təşkilatdan çıxmasını nəzərdə tutan memorandum imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, sənəd Ağ Evin rəsmi saytında dərc olunub.

Memoranduma əsasən, bütün icraedici departament və qurumlara ABŞ-nin milli maraqlarına, təhlükəsizliyinə, iqtisadi rifahına və suverenliyinə zidd fəaliyyət göstərən 35 qeyri-BMT təşkilatında və BMT-nin 31 strukturunda iştirakın və maliyyələşmənin dayandırılması tapşırılıb.

Qərara görə, ABŞ Ukrayna Elmi-Texnoloji Mərkəzindən, Karbonsuz Enerji Sazişindən və Avropa Şurasının Venesiya Komissiyasından çıxır.

ABŞ-nin tərk etdiyi BMT strukturları arasında İqtisadi və Sosial Şura (ECOSOC), Beynəlxalq Hüquq Komissiyası, BMT Demokratiya Fondu, Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi üzrə qurum da var.

Ağ Ev bəyan edib ki, sözügedən təşkilatlar mühüm məsələləri səmərəsiz və qeyri-rasional şəkildə həll edir və ABŞ vergiödəyicilərinin vəsaitlərinin alternativ mexanizmlər vasitəsilə yönəldilməsi daha məqsədəuyğundur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər